Əkizlərə qarşı təxribat: Çoxsayda şikayətlər gəlib - VİDEO
Bizi izləyin

Magazin1

Əkizlərə qarşı təxribat: Çoxsayda şikayətlər gəlib - VİDEO

“Son bir ildə həm “Instagram” səhifəmizdə, həm də “YouTube” kanalımızda çox böyük problemlər yaranıb. “Instagram” əlimizdən alınırdı. Güc-bəla ilə saxladıq. O qədər şikayətlər gəlir. Səhifədə 6 yaşıl “quş” işarəsi olmalıdır. Bizdə isə onun 4-ü sarı idi. Cəmi 2 yaşıl “quş” qalmışdı. Belə olan halda isə səhifəmiz silinirdi. Bir neçə gündür ki, səhifəmizi bərpa edə bilmişik”.

Publika.az olay-a istinadla xəbər verir ki, bunu Sevil və Sevinc Səfərova bacıları “Xəbərin var?” verilişində deyib.

Əkizlər əlavə edib: “Instagram” səhifəmizdə özümüzdən başqa heç kimi paylaşmırıq. Amma səhifəmizə çoxsayda şikayətlər gəlir. Səhifədə çox reklam paylaşmırıq. Bunu da hamı bilir. Daha çox “reels”lər paylaşırıq. Səhifəmizə gələn şikayətlərin səbəbini bilmirik. Səhifəmiz bu müddət ərzində çox insanın qabağına çıxmırdı. Paylaşımlarımızı yalnız izləyicilər görə bilirdi. Səhifəmiz “spam”da idi. “YouTube” kanalımız da. Bilmirik bunu kimlər edir”.

Səfərova bacıları vurğulayıblar ki, onların duet ortağı Nurlan Təhməzlinin “YouTube” kanalı aylar əvvəl silinib:

“YouTube” kanalı 8-9 ay əvvəl ümumi şəkildə yerli-dibli silinib. Onunla birgə çəkdiyimiz bütün kliplər, baxış sayları və layihələrimizin yer aldığı kanal silinib. Yəgin ki, şikayətlər olunub, yoxsa “YouTube” şirkəti kanalımızı ümumi olaraq silməzdi. Buna görə də Nurlan nə yeni layihə edə bilir nə də ki efirlərə çıxa bilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm