Magazin1
Damlanın ABŞ-a girişinə bir illik QADAĞA QOYULDU
Müğənni Damlanın Amerikaya girişi bir illik qadağan edilib.
Publika.az xəbər verir ki, bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb:
"Viza məsələmiz hələ də alınmır. Bir illik ölkəyə giriş qadağam var. Oğlum İbrahim üçün çox darıxmışam. Onunla danışıram, amma dərslərinə görə Azərbaycana gələ bilmir".
Qeyd edək ki, Damla ABŞ-da təhsil alan övladını 11 aydır görə bilmir. Müğənni ötən ay ABŞ-a getmə qadağasının səbəbini belə izah etmişdi:
"Amerikada yaşayan həmyerlilərimiz biləndəki oğlum orada universitetə qəbul olub fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Dedilər ki, 3 gün gözləyin. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar. Xəbərim olmadan bilet satışı başlayıblar. Heç nəyin üstündə səfirlikdən zəng gəldi. Gedəndə səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub onlara göndərilib, bilmirəm".
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı








.jpg)





























