Magazin1
Bacısı ilk dəfə Aygün Bəylərin vəsiyyətini AÇIQLADI
"Çadır toyuna gedib, necə oxuyubsa, görüb halı yoxdur. Ciyərləri ağrıyıb, səhəri həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə 48 kiloqram olmuşdu. Biz xəstəliyini bilmirdik, gizlədib. Bir dostundan öyrəndik. Bacımla xəstəxanaya getdik, həkim soruşdu bacısısınız? Haradasınız, niyə gəlmirsiniz? Dedik, bilmirdik. İl yarım müalicə ilə qaldı. Ağrıları dəhşət olurdu".
Publika.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Həftənin qonağı" verilişində deyib. O, xanəndənin xəstəliyindən danışıb. Zümrüd bildirib ki, A.Bəylər xəstəliyi ərəfəsində çox ağır günlər yaşayıb:
"Konsertdə rəngi sarı, boğuq idi. Sən demə, zəhər bütün bədəninə keçib. Qanı zəhərlənib. Bizi arxayın edirdi ki, yaşayıram, ölməyəcəyəm. Qızı ilə öz evində qalırdı".
Zümrüd bacısının son vəsiyyətini açıqlayıb:
"Dekabrın 31-də tədbirdən ağrı ilə gəldi. Ayın 1 və ya 2-si Türkiyəyə gedəcəkdi. Dedi ki, inanmıram oradan qayıdım. Uşağımı sənə tapşırıram, onu yüksək səviyyədə oxutdur. Ali təhsilli et. Ağlımıza gəlməzdi belə olar, yoxsa qoymazdıq. Özü bir rəfiqəsi ilə tək getdi".
(Axşam.az)
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı






.jpg)




.jpg)



























