Magazin1
Müğənnidən qalmaqallı AÇIQLAMA: “Onlar mənim heç nəyimdir” - VİDEO
Müğənni Almaz Saraylı qohumları Mina Hüseyn və Elnarə Xəlilova ilə bağlı qalmaqallı açıqlama verib.
Publika.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, aparıcı Aytəkin Mərdanovanın Elnarə və Mina ilə bağlı sualına sərt münasibət bildirib:
“Dediyiniz ikisi mənə çox uzaqdır. Bəri başdan deyim, hər dəfə onların adını çəkirlər. Onlar ATV-də elə söz dedilər, qəlbimə dəydilər. Əslində yaxın deyillər. Babam ikinci dəfə ailə qurub, onlardan olan uşaqlardır. Onlar mənim heç nəyimdilər. Çünki başqa şey dedilər. Elnarə efirdə mənimlə bağlı deyir ki, ögeydi e.... Efirdə belə bir şey demək olar? Amma mən heç vaxt deməmişəm ki, onlar ögeydir. Bu, nə deməkdir? Doğmaları da görürük. O sözə görə onlardan qəlbim qırılıb, mənim heç nəyimdirlər. Ən yaxın qohumlarım Nailə Mirməmmədlidir, doğma əmim qızıdır. Brilliant Dadaşova xalam nəvəsidir. Xalq artisti Əlibaba Abdullayev anamın əmisidir. Bunlardan deyin. Onların adını çəkməyin. Başınıza dönüm, ehtiyacım yoxdur. Allah onların yolunu açıq etsin. Elnarə yaxşı oxuyandır. Minanı çox istəyirəm, şirin qızdır. Haradasa qohumumdur, babamdan qan qohumuyuq. Görürsünüz, neçə illərdir deyirlər, Elnarə qohumunuzdur, amma açıb deyə bilmirəm. O nə söz idi... Söhbəti bağlayaq”.
Qeyd edək ki, Mina illər əvvəl verilişdə A. Saraylının onun xalası olduğunu demişdi. (OLAY)
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO







.jpg)






























