Magazin1
Lalə Azərtaşa silahlı hücum edildi - VİDEO
Tanınmış aparıcı Lalə Azərtaş hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, Aparıcı 15 yaşlı qızın ailə qurması xəbərini eşidərək Kürdəmirə - ailənin evinə yollanıb. Bu barədə o, özü canlı efirdə məlumat verib.
L.Azərtaş bildirib ki, “Xəzər TV”-nin çəkiliş heyəti də onunla birgə zorakılıqla üzləşib. Çəkiliş zamanı teleaparıcı və Xəzər TV əməkdaşlarına balta ilə hücum edilib. Nəticədə, operatorun kamerası qırılıb.
L.Azərtaş hadisənin təfərrüatlarını belə izah edib:
“Çox təsirlənmişəm. Ona görə təsirlənmişəm ki, bu cür hadisə baş verib. Siz planlara baxın. Arxa tərəfdən başqa bir maşın gətirilib darvazanın dəmir hissəsinin divardan qoparılaraq qızın qaçılması təmin edilir. Üstəlik, çıxan zaman əməkdaşımın üstünə hücum çəkib dırnaqları ilə qanadacaq dərəcədə xəsarət yetirə bilirlər. Operatorumun üstünə hücum edib kamerasını sındırır, telefonunu qırmağa cəhd edirlər.
Əvvala bunu deyim ki, biz o evə icazəli girmişdik. Bizə “xoş gəlmisiniz” deyilmişdi. Ancaq heç xoş getmədik, xoş yola salınmadıq. Niyə “xoş gəldin”i ürəklə dedilər? Çünki qapını bu günə qədər bir neçə dəfə polis döyüb çıxarıb şəxsiyyət vəsiqəsi göstəriblər. Bu vəsiqə köhnə nəsil olduğu üçün üzərində şəkil yoxdur. Polisə deyiblər ki, gəlinimiz budur və hər şeyi düz-qoş ediblər.
Mən oğlan evinə getmişdim. Nə baş verdiyini kim bilə bilər? Qız oradadır. Mən üst geyimimi təkrar geyindim. Çünki orada divarlar və s. üst-başım normal biçimdə deyildi, buna görə tamaşaçılardan üzr istəyirəm. Mən onların qarşısına heç vaxt bu cür çıxmamışam". (Yenisabah.az)
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO











.jpg)














.webp)









.jpg)

.jpg)