Magazin1
"Heç kim görmürsə, hər şey gizli qalır" - İşdən çıxarılan Ləman Əliyevanın əri danışdı
Əməliyyat otağında qeyri-adi təbrik alan "German Hospital" klinikasının mama-ginekoloqu Ləman Əliyeva ətrafında qalmaqal bir neçə gündür səngimir.
Qeyd edək ki, Ləman Əliyeva həyat yoldaşı Əziz Rəfibəyli ilə birlikdə "German Hospital"ında çalışır və həmin gün əməliyyatı birlikdə ediblər. Əziz Rəfibəyli bu klinikanın ginekologiya şöbəsinin müdiridir.
Publika.az xəbər verir ki, səs-küylü olayı 1news.az-a şərh edən Əziz Rəfibəyli bildirib ki, rəhbərliklə baş verənləri müzakirə edəndə o, həmin şəxsin ad günü olduğu üçün əməlin emosiya zəminində törədildiyini və sadəcə sevincli anını paylaşmaq istədiyini bildirib.
Həkimin sözlərinə görə, o, özü də bunun necə baş verdiyini anlamır.
“Kimsə qaydaları pozarsa və heç kim görümürsə, hər şey gizli qalır. Amma insanlar bunu görəndən Səhiyyə Nazirliyinin nümayəndələri işə qarışdı”, - deyə həkim bildirib.
Ginekoloq cərrahiyyə əməliyyatxanasında baş verən hadisəyə görə Səhiyyə Nazirliyinin komissiyasının ona cərimə kəsdiyini də bildirdi: “Hamımız cəzalandırıldıq. Həyat yoldaşımı işdən uzaqlaşdırdılar, həm də cərimə etdilər”.
O, həyat yoldaşını bütün bunların ona qarşı yönəlmiş mütəşəkkil bir iş olduğu barədə dediklərini də təsdiqləyib.
“Burada heç bir tibbi səhv olmayıb və mahiyyət etibarı ilə bu, klinikanın daxili işidir. Xəstə sağlam və heç bir şikayəti yoxdur. Əsas odur ki, xəstələr yaxşıdır, qalan hər şeyin əhəmiyyəti yoxdur”, o əlavə edib.
-
Sosial18:40Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK
-
Dünya17:23Türkiyənin sərhədlərindən kənarda yeganə ərazisi azad edildi - FOTOLAR
-
İdman15:14Ulduz futbolçu və həyat yoldaşı insan alverində ittiham olunur
-
Qoroskop14:32Bu il 3 bürc üçün çox uğurlu olacaq - Onların yüksəliş dövrü başlayır
-
İqtisadi gündəm14:13Minimum əmək haqqı ilə bağlı təklif: Ən azı...
-
Nida Xəbər 13:46Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır - SİYAHI
-
Nida Xəbər 13:25İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Yeniləndi
-
Rəsmi xronika12:50İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...










.jpg)


.jpg)

.jpg)

























