Magazin1
Məşhur bakılı stilistə ağır xərçəng diaqnozu qoyuldu - FOTO
.png?v1742015799)
Məşhur rusiyalı stilist Vlad Lisovetsdə xərçəngin ağır forması aşkarlanıb.
Publika.az xəbər verir ki, 52 yaşlı stilist xərçəng xəstəliyi barədə 2024-cü ilin payızında xəbər tutub və şiş əleyhinə kimyaterapiya kursuna başlayıb, lakin müalicə nəticə verməyib.
İndi həkimlər terapiyanın necə davam etdirilməsini təyin etmək üçün konsilium çağırmağa hazırlaşırlar. Lakin jurnalistlərin bildirdiklərinə görə, məşhur stilistin xəstəliyi ölümcül kimi qəbul edilə bilər.
Qeyd edək ki, Vlad Lisovets 1972-ci ildə Bakıda anadan olub və Bakıda böyüyüb, 1994-cü ildə Moskvaya köçüb. "Ostankino" televiziya mərkəzində işləyib, "Aqata Kristi", "Blestyaşşiye" kimi tanınmış qruplarda stilist kimi fəaliyyət göstərib, həmçinin Anita Tsoy, Janna Friske, Valeri Leontyev, İrina Ponarovskaya, Avraam Russo və bir çox sənətçilərlə işləyib, dəfələrlə dəb nümayişlərində çalışıb.
(Oxu.az)



-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər