Magazin1
"Qardaşım mənə əzab verdi, bağışlanmayacaq şeylər var idi" - Xalq artisti

"Qardaşım toya getməyə qoymurdu. Atam qalırdı uşaqlar arasında. Qardaşım deyirdi, ola bilməz, o, səhnəyə, toya çıxa bilməz. Atam məcbur məni qardaşımdan uzaqlaşdırdı. Məni ərə verdi. Dedi onun artıq həyat yoldaşı var, o, qərar verəcək".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib. Qardaşı Ağalar Dostəliyevdən danışan müğənni onunla yaşadığı problemdən söz açıb.
O, aparıcı Ülvira Qarayevanın "Qardaşınızı bağışlamısınız" sualına belə cavab verib:
"Qardaşım deyirdi "meymun" olacaqsan? İndi atamın ruhu şad olsun deyə bağışladım. Qardaşımda bağışlanmayacaq şeylər var idi. Amma atamın yadigarı idi. Bir dəfə efirə çıxmağıma görə evimizdə dəhşət yaşandı. Qardaşım gəlib yoldaşıma dedi ki, bu nədi? Efir olar? Məni universitetə getməyə qoymadı. Həyat yoldaşım dedi ki, mənim ailəmdə sözüm keçmir? Mən istəyirəm xanımım universitet oxusun".
Qeyd edək ki, Nazpərinin Ağaəli adlı daha bir qardaşı var.
(Axşam.az)

-
İdman17:08
"Neftçi" Eminin qarşısına şərt qoydu: Ya bununla razılaşacaq, ya da gedəcək
-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir