Magazin1
"Hüseyn bu ixtiyarı haradan alır?”

Meyxanaçı Orxan Lökbatanlı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun bir müddət əvvəl "Xəbərin var?" verilişində ona bayağı ifaçı deməsinə cavab verib.
Publika.az xəbər verir ki, bu barədə o, "İncə səhər" verilişində danışıb. Orxan ifalarını bayağı hesab etmədiyini bildirib:
"Hüseyn toyda həmişə məni və ya Pərivizi görəndə bunu deyir. Bizim oxuduğumuz tərzə öz yanaşmasıdır. Bəlkə də bu onun musiqinin lap dərinliyinə getməsindən xəbər verir. Dostumdur deyə, tərəfini tutmuram. Mən hər şeyə dolğun yanaşan insanam. Məsələn, əlbəttə ki, Məhəmməd Füzulinin, Əliağa Vahidin yaradıcılığını əzbər bilən insana mənim şeirlərim adi gələ bilər. Ola bilər ki, Hüseyn son illərdə diqqətini musiqi təhsilinə verib. Mən ona demək istəyirəm ki, o boyda böyük bəstəkarların, musiqiçilərin yanında bizim mahnılarımız cılız görünə bilər. Amma bayağı da demək olmaz axı".
Proqramda qonaq olan müğənni Vəfa Şərifova isə Hüseyn haqda bunları deyib:
"Məsələ burasındadır ki, özü də ortalığa bir iş çıxarmır. Ancaq söz var, danışır. Hamının haqqında hər şeyi rahatlıqla danışır. Bu ixtiyarı haradan alır, heç bilinmir".
Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu bir müddət əvvəl müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı "Heç bir opera müğənnisi "Dilbərim"i belə təmiz oxumur" açıqlamasını tənqid etmişdi. (Axşam.az)

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək