Magazin1
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barım xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, ürək və damar xəstəliklərindən əziyyət çəkən menecerin həbs olunmazdan əvvəl əməliyyat etdirməyə hazırlaşdığı ortaya çıxıb.
Məsələ ilə bağlı aktrisalar Serenay Sarıkaya, Ezgi Mola, Birce Akalay paylaşım edərək onun sərbəst buraxılmasını tələb ediblər.
Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım həbs olunub. (Axşam.az)


-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma