Magazin1
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - VİDEO

“O vaxt oğlumun ölümünə cəhd etdilər, indi də eyni şeyi nəvəm Tamerlana etmək istəyirlər”.
Publika.az xəbər verir ki, bu sözləri mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva “Space TV”də “Tarixin bir günü” verilişinə müsahibəsində deyib.
Ş.Cəbiyeva bildirib ki, hazırda nəvəsinə qarşı təzyiq göstərirlər: “Oğlumun ölümünə cəhd etdilər. İndi də nəvəmə sataşırlar. Anarın ailəsinin dağılmasında da böyük rol oynadılar. Anarı məhv etməyə çalışdılar, çox istifadə etdilər. Anar depressiyaya düşəndə tək qaldı. Onun yayılan videosunu da qurama olaraq təşkil etmişdilər. Anarın beləcə qəsdinə durdular. Onu da nə məqsədlə edib, edən şəxs özü yaxşı bilir.
Tamerlan replər ifa edir. Həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib, artıq hər şey unudulub. Amma yox, indi eyni şeyləri Tamerlan yaşamağa başlayıb. İndi Tamerlana zənglər edirlər. Mən oğlumun ətrini Tamerlandan alıram. Xahiş edirəm, Anarın o videosunu portallardan silsinlər”.
Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ildə 44 yaşında vəfat edib.(“Qafqazinfo”)

-
Region16:00
Biz indi kiminlə masaya oturacağımızı bilmirik - Əraqçi
-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi
-
Ekologiya10:36
Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?