Magazin1
“Gülbahar” ABŞ-da səsləndi - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Publika.az xəbər verir ki, pop ulduz və bir sıra mədəniyyət işçiləri Amerika Dövlət Departamentinın 80 ildən çox təşkil etdiyi “İVLP İnternational Visitor Leadership” proqramı çərçivəsində Amerikaya yollanıb. Orada sənətçi bir sıra rəsmi görüşlərdə, səsyazma studiyalarında, təhsil və mədəniyyət ocaqlarında iştirak edir, musiqi mütəxəssisləri ilə fikir mübadiləsilə aparır.
Xalq artisti Vaşınqtonda yerləşən ABŞ Dövlət Departamentinin “Mədəniyyət və müəllif hüquqları” şöbəsində qonaq olub. Görüşdə müəllif hüquqları, musiqi təhsili və tədrisi barəsində söhbətlər aparılıb.
Zəngin proqram çərçivəsində Xalq artisti həmçinin də ABŞ -Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla da görüşüb. Estrada ulduzu qonaqlar üçün böyük şair Hüseyn Cavidin “Qız məktəbində" şeiri əsasında yazılan “Gülbahar” əsərini səsləndirib. Diqqət çəkən məqamlardan biri məhz Ticarət Palatasının həyətində dahi şair Hüseyn Cavidin büstünün olması idi.
Daha sonra Xalq artisti dünyanın ən böyük kitabxanası olan “Konqres kitabxanası”nı ziyarət edib. Sözügedən məkanda Aşıq Əkbərin, böyük şair Zəlimxan Yaqubun və digər aşıq və musiqiçilərimizin səsyazmaları yer alıb.
Görüşlərdən sonra sənətçi həmyerlilərimizlə vaxt keçirib.
Xalq artisti təəssüratlarını bölüşüb: “İlk olaraq Azərbaycanda fəaliyyət göstərən Amerika Səfirliyinə təşəkkür edirəm. Onların bu təklifi mənə çox maraqlı gəldi. Peşəkar mütəxəssis olaraq “İVLP İnternational Visitor Leadership” proqramı sayəsində bir çox maraqlı görüşlərdə iştirak edirəm, yeni tanışıqlıqlar olur. Ən əsası bizim musiqimizin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha bütün dünyaya çatdırırıq”.

-
Hadisə09:10
12 otaqlı ev yandı - Tüstüdən zəhərlənən var
-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu