Röyanın Kann təəssüratı: "Təklif aldım və..." - FOTO
Bizi izləyin

Magazin1

Röyanın Kann təəssüratı: "Təklif aldım və..." - FOTO

Xalq artisti Röya Ayxan 78-ci Kann Film Festivalında 100 ən uğurlu şəxs arasında Azərbaycan musiqisinin mədəniyyət səfiri qismində iştirak edib və xüsusi mükafata layiq görülüb.

Publika.az xəbər verir ki, Röya Ayxan Teleqraf-a açıqlamasında təəssüratlarını bölüşüb.

"Təssüratlarım çox gözəldir. Mənə təklif gəldi və qəbul etdim. Kann Film Festivalında bir neçə əsas tədbirlərdə iştirak etdik. Burada görüş və tədbirlər çoxdur. Gün ərzində ən az üç-dörd dəfə qırmızı xalıya keçid olur. Hər tədbir və film təqdimatına görə qonaqlar dəvət edilib. Hər qonağın qırmızı xalıda öz keçid vaxtı var. Burada çox böyük izdiham yaşanır. Azərbaycandan Kann Film Festivalına ilk qatılan müğənniyəm. Mən Azərbaycan musiqisinin mədəniyyət səfiri kimi çıxış etdim və xüsusi mükafata layiq görüldüm",-deyə Röya Ayxan deyib.

R.Ayxan Kann Film Festivalına stilist Anar Ağakişiyevlə qatılıb. Xalq artisti qırmızı xalıya “Rasario” markalı libas və “Bulgari”dən olan aksesuarla çıxıb.

Qeyd edək ki, 1939-cı ildən keçirilən Kann Film Festivalı dünyanın ən nüfuzlu film festivallarından biri sayılır. Festival hər ilin may ayında Fransanın Kann şəhərində keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm