Magazin1
“Susuruq, həyasız da elə bilir ki, deməyə sözümüz yoxdur” - VİDEO
“Pop musiqisindən uzaqlaşdığım üçün insanlarda çox yanlış təəssürat qalıb. Elə bilirlər ki, mən səhnədən getmişəm”.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Musicologiya” yutub layihəsində deyib.
“Mənə deyirlər ki, qayıdın. Mən heç yerə getməmişəm axı. Elə səhnədə mənəm də. Böyük səhnədə, böyük sənətdə həmişə özüm olmuşam. Yalnız pop oxumağa və pul qazanmağa köklənməmisənsə, bu o demək deyil ki, səhnədə və sənətdə deyilsən. Bu heç doğru deyil. Tək qalanda düşünürəm ki, bu qədər əziyyət çəkirəm, niyə insanlar bunu görmür? Hələ məni də günahlandırırlar ki, sən niyə efirlərdə yoxsan, qayıt... Efirdə efirlik qoyublar ki? Mən efirə özümü yaraşdırmıram, ya da o efir mənə yaraşmır. Məcburam ki, efirdə kimləsə çənə-çənəyə verib qeybət edim, kimləsə qırğına çıxım, aləm dəysin? Mənim kimi düşünən az deyil. Kifayət qədər Xalq artistlərimiz, əjdaha musiqiçilərimiz var ki, öz abırlarına bürünüb oturublar. Nəticə də odur ki, efir nə günə qalıb.
Biz öz abırımıza bürünüb susuruq, həyasız da elə bilir ki, deməyə sözümüz yoxdur. Televiziya rəhbərliyi tərəfindən o şərait heç bir aparıcıya, ifaçıya, verilişə yaradılmamalıdır. Efir çağırılmamış qonaqdır, açdın, oturur düz evinin ortasında. Birbaşa uşağının tərbiyəsini də korlaya bilər, tərbiyə də verə bilər, mədəniyyətini korlaya bilər, mədəniyyət də verə bilər. O verilişə ki, məni qeybət etməyə çağırırlar, deyirəm ki, məni niyə çağırırsınız? Mən gəlməyəcəyəm”, - o qeyd edib.
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO







.jpg)






.jpg)

























