Magazin1
Müğənni Dəniz həbsxana günlərindən danışdı: "Hər gün..." - VİDEO
Müğənni Dəniz Əsədova həbsdə keçirdiyi günlərdən danışaraq diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, sənətçi bildirib ki, həbsxana onun həyata baxışını dəyişib və bu müddət ərzində özünü daha yaxından tanımaq imkanı qazanıb.
"Əslində ora bir akademiyadır. İnsan düşünmək üçün çox vaxt tapır. Ən böyük peşmanlığım övladıma mənsiz qalmaq cəzasını yaşatmağım oldu. Həbs günlərində hər gün ağladım", - deyə ifaçı qeyd edib.
Dəniz Əsədova 37 yaşına qədəm qoyacağını vurğulayaraq, geriyə baxanda hərəkətlərinə görə utanmadığını bildirib. Onun sözlərinə görə, 7 ay 7 gün davam edən həbs müddətində həyatında qazandığı uğurların bəzi insanların yaratdığı kampaniya nəticəsində kölgədə qaldığını düşünür.
Müğənni bundan sonra insanlara əvvəlki kimi etibar etməyəcəyini, yaxın çevrəsini daha diqqətlə seçəcəyini də etiraf edib.
Sənətçi həbsxana həyatının ona mühüm dərslər verdiyini deyərək, bu təcrübədən daha güclü çıxdığını bildirib. O, məhkumlar arasında azadlığa çıxandan sonra cəsarətsiz olacaqları ilə bağlı fikirlərin əksinə olaraq, özünü əvvəlkindən daha cəsarətli hiss etdiyini və keçmiş səhvlərini bir daha təkrarlamayacağını vurğulayıb.
Dəniz Əsədovanın bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(milli.az)
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq







.jpg)








.jpg)


.jpg)















.jpg)


