Magazin1
"Qırmızı onkoloji xəstəliyi məhv edir, 100 yaşım olsa belə, qırmızı geyinəcəm”
Əməkdar artist Ruhəngiz Allahverdiyeva geyim seçimi ilə bağlı ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində yaşına görə qırmızı rəngdə geyinməsinin tənqid olunmasına etiraz edib.
"Deyirlər ki, yaşı gör neçədir, amma qırmızı geyinib. Birincisi, qırmızı mənfi enerjini qovur. Dünyada ən ağır xəstəliklərdən biri olan onkoloji xəstəliklə bağlı da belə fikirlər var. Niyə qırmızı geyinməyim? Yaşımın buna nə dəxli var? Mənim yüz yaşım yoxdur, amma yüz yaşım olsa belə, yenə qırmızı geyinərəm.
Əgər bədən quruluşumuz buna imkan verirsə, yəni geyim bizə yaraşırsa, niyə də geyinməyək? Ola bilər ki, kiməsə yaraşmasın. Hamının zövqü eyni deyil. Hər kəs öz zövqünə uyğun geyinir", - deyə, müğənni bildirib.
Qeyd edək ki, Əməkdar artistin bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi onun qırmızı rəngli geyimin sağlamlığa, o cümlədən onkoloji xəstəliklərə təsiri ilə bağlı səsləndirdiyi fikirlərin elmi və tibbi cəhətdən sübuta yetirilmədiyini bildirərək, bu iddiaları uydurma adlandırıb. (Musavat.com)
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı








.jpg)



.jpg)









.jpg)


.jpg)













