Magazin1
Roza Zərgərli: "Məni "Ginnesin Rekordlar Kitabı"na salmaq istəyirlər"
Müğənni Roza Zərgərli qatıldığı "Uzun sözün qısası" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Publika.az Milli.az-a istinadla xəbər verir ki, müğənni həyatının ən böyük yerini səhnə tutduğunu və özünü sənətinə həsr etdiyini bildirib.
"Səhnə ilə evliyəm. Azərbaycan mədəniyyəti üçün mənim qədər çalışan sənətçi olmayıb", - deyə Roza Zərgərli iddialı fikirlər səsləndirib.
İfaçı çıxışı zamanı zarafatla səsinin fərqliliyinə də toxunaraq "Dünyanın ən bəm səsi məndədir. Məni Ginnesin Rekordlar Kitabına salmaq istəyirlər, yoxlayacaqlar", sözlərini işlədib.
Roza bəzi insanların onu əvvəl qəbul etmədiyini, lakin zamanla münasibətlərinin dəyişdiyini də bildirib.
Müğənni dörd il əvvəl ağır xəstəlik keçirdiyini xatırladaraq həmin günlərin həyatında dönüş nöqtəsi olduğunu deyib. O, xəstəxanada ölüm-dirim savaşı verdiyi vaxt bir çox yaxın insanın əsl simasını gördüyünü və buna görə də bəzi şəxslərlə bütün əlaqələrini kəsdiyini bildirib.
"Mən sizə ana-bacılarınızdan da yaxşı olmuşam", - deyə sənətçi emosional çıxışını tamamlayıb.
Roza Zərgərlinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər arasında birmənalı qarşılanmayıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı








.jpg)













.jpg)



.jpg)












