Magazin1
Elza: 20 il əvvəl mənə gülürdülər, indi isə... - VİDEO
Əməkdar artist Elza Seyidcahan yaratdığı obrazdan ilhamlanan əcnəbi ulduzlardan danışıb.
Publika.az xəbər verir ki, o qeyd edib:
“Mənə tez-tez deyirlər ki, bu qədər paltarı niyə saxlayırsan, ehtiyacı olmayanları başqasına ver. Amma düşünürəm ki, bəlkə bu gün geyinmədiyim bir geyim bir neçə aydan sonra hansısa konsertimdə aksesuar kimi mənə lazım olacaq.
Görürəm ki, geyim tərzimi təkrarlayanlar çoxdur və bu məni sevindirir. Təkcə Azərbaycanda deyil, xaricdə də bunu müşahidə edirəm. Vaxtilə mənim üslubumu qəbul etmirdilər. İndi isə görürəm ki, Avropada belə oxşar tərzlərdən istifadə olunur.
20-30 il əvvəl Avropa müğənnilərinin səhnə geyimlərinə baxın, bir də mənim o dövrdəki obrazlarıma baxın. O vaxt moda jurnallarını izləyərək fərqli üslub yaratmağa çalışırdım. Azərbaycanda buna görə məni həvəsdən salmağa çalışırdılar, məni başa düşmürdülər. Amma illər keçdikcə gördüm ki, həmin üslublar artıq təkrarlanır”.
Müğənni Leydi Qaqa ilə müqayisə olunmasına da münasibət bildirib:
“Məni tez-tez Leydi Qaqa ilə müqayisə edirlər. Bu müqayisəni mən etməmişəm, jurnalistlər mənə bu barədə sual veriblər və mən də cavablandırmışam. Özümü tərifləməyi sevmirəm. Şükür Allaha, xalqın sevgisini qazanmışam. Allah mənə çox gözəl nemətlər verib və buna görə hər zaman şükür edirəm. Şükür etmək mənim həyat prinsipimdir. Hətta ən çətin anlarda belə “şükür” deməyə çalışıram. Oğlum bəzən deyir ki, hər şeyi niyə Allahın ümidinə buraxırsan, axı vəziyyət göz qabağındadır. Mən isə ona deyirəm ki, narahat olma, zamanı gələndə hər şey düşündüyümüzdən də yaxşı olacaq".(“Yeni Sabah”)
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı








.jpg)













.jpg)



.jpg)












