Magazin1
Ülviyyə Xəlilbəyli ayrılığından danışdı
Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı danışıb.
Publika.az xəbər verir ki, sənətçi Nail Naiboğlunun “YouTube” kanalında yayımlanan müsahibəsində münasibətləri, ayrılıq səbəbləri və şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduğu dövrdə münasibətlərinin ictimailəşməsini istəməyib və bunu gizli saxlamağa çalışıb. Onun sözlərinə görə, sosial şəbəkədə paylaşım etməsə də, evdə çəkilən şəxsi fotoları qısa müddətdə yayılıb və həmin görüntülərin necə yayıldığını bu günədək bilməyib.
Aktrisa ayrılıq səbəbi ilə bağlı da fikirlərini bölüşüb. O, bürclərinin uyğun gəlmədiyini qeyd edərək, “Şir bürcü ilə Əkizlər heç vaxt tutmur” deyə bildirib.
Ülviyyə Xəlilbəyli haqqında yayılan xəbərlərin bir çoxunun həqiqəti əks etdirmədiyini vurğulayıb. O, emosional insan olduğunu, bəyəndiyi statusları paylaşdığını, lakin həmin paylaşımların xəbər mövzusuna çevriləcəyini düşünmədiyini deyib.
Aktrisa bir müddət sonra özü haqqında yazılan xəbərləri oxumaqdan yorulduğunu da etiraf edib. Bununla belə, media nümayəndələrini qınamadığını bildirib.
Murad İsmayılla münasibətlərinə toxunan sənətçi qeyd edib ki, övladlarının xatirinə aralarında normal ünsiyyət qorunur:
“Biz dostuq. Uşaqlarım mənimlə qalır. İstədikləri zaman ataları ilə görüşə və birlikdə harasa gedə bilərlər”.
Ülviyyə Xəlilbəylinin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.(milli.az)
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir








.jpg)







.jpg)




.jpg)


.jpg)












