Magazin1
Elnarə Abdullayevaya AĞIR İTKİ
Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.
Publika.az xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında paylaşım edərək kədərini izləyiciləri ilə bölüşüb.
"Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.
Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Sənin gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, kaş ki, səni bir dəfə də olsun qucaqlaya, səsini bir dəfə də eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik.
Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin".
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı








.jpg)












.jpg)



.jpg)











