Magazin1
"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"
"Tələbəlik illərində çox çətin günlər yaşamışam. Novruz çəkilişlərinə gedirdim. Hələ 7-ci sinifdə oxuyanda teatrda çalışırdım. Universitetdə oxuyarkən kirayədə qalırdım. Qrup yoldaşlarımın hamısının evi var idi, bir mən kirayədə yaşayırdım. Elə gün olub ki, metroya verməyə pulum olmayıb".
Publika.az xəbər verir ki, bu sözləri aktyor İlkin Misgərli "Zarafat bir yana" proqramında deyib. Aktyor tələbəlik illərində yaşadığı maddi çətinliklərdən danışıb:
"Universiteti bitirdikdən sonra yenidən teatra qayıtdım. Gördüm ki, alınmır, dolanışıq çətindir. Sonra kloun kimi çalışdım, az da olsa pul qazandım. Çox ağır işdir. Eləsi var bilir ki, bu da insandır, eləsi də var oynadığın yerdə diş çöpü batırır, bir həftə gəzə bilmirsən. Daha sonra layihələr gəldi, şükür bu günümə. Bura çatana qədər çox əziyyət çəkmişəm".
İlkin estetik əməliyyatından da söz açıb. O, saç əkdirdiyini və prosesin asan keçmədiyini deyib:
"Saç əkdirdim, 8 saat əməliyyatda qaldım. Amma indi deyirlər ki, yaraşmır, bu nədir. Üçüncü dəfə də əməliyyat etdirəcəyəm, ondan sonra bu proses bitəcək".
İlkin bir müddət əvvəl yayılan ölüm xəbərindən danışarkən "Bir hala düşdüm ki. Altına bir musiqi qoymuşdular ki, kövrəldim. Hamı da mənə yazır. Get başqasına yaz da" sözlərini əlavə edib.
İlkin məşhur "Qılman həkim" obrazından, atasını müalicə edən həkimdən danışıb:
"Atam onkoloji xəstə idi. Onun istifadə etdiyi ağrıkəsici dərman yalnız bir həkimdə olurdu. Tez-tez ona zəng edirdim. Bir gün telefonu açıb dedi: "Nə olub, bezdirdin məni, yeyib-içməkdəyəm". Mən də cavab verdim ki, atamın vəziyyəti ağırdır, dərman yalnız səndə var, onu haradan tapaq? O isə "Sonra gələrəm" dedi. Həmin hadisədən sonra "Qılman Həkim" obrazını yaratdım. Anam mənə dedi ki, həkimin adını birbaşa çəkmə, amma bu yolla qisasını al. Mən də həmin obrazı acığa yaratdım. Maraqlıdır ki, sonradan o həkim də eyni xəstəlikdən dünyasını dəyişdi"./Axşam.az
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi














.jpg)

























