Magazin1
Əməkdar artist: Qapınızı döyəcəklər, sizi tapmaq çox asandır - VİDEO
Əməkdar artist Səbinə Babayeva sosial şəbəkələrdə yazılan mənfi rəylərdən danışıb.
Publika.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində bəzi istifadəçilərin tənqid adı altında təhqirə yol verdiyini bildirib. Müğənni deyib ki, bu cür rəylər valideynlərinə pis təsir edir:
"Pis rəyləri yazanı "qara siyahı"ya atıram. Cəmiyyətin bəzi üzvlərinə izah etməliyik ki, tənqid və təhqir fərqli şeylərdir. Bir də lənət var, bəzən buna keçirlər. Acınacaqlıdır, bunu bizim millətə yaraşdırmıram. Bu haradan gəlib? Lənət uşaqlara qədər gəlib çıxır. Onlar təhqir edib, sonra yoxa çıxa bilməzlər. Son illərdə belə bir qanun var ki, sosial şəbəkələrdə edilən təhqirlər cəzalandırılır.
Övladlarımıza, ailə üzvlərimizə yazanda rəhmsiz olmayın. Bizim qəlbimizi qırmayın. Həyatımızı sənət üçün yaşayırıq. Biz dözürük, fikir vermirik, amma səbrimiz də çatlaya bilər. Yazandan sonra sizin qapınızı döyəcəklər. Sizi tapmaq çox asandır.
Əgər bizi sevmirsinizsə, qəbul etmirsinizsə, yan keçin. Bizim ailələrimiz, yaşlılarımız var. Analarımız, atalarımız bunları çox pis keçirir".(Axşam.az)
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı








.jpg)

.jpg)






















.jpg)


