Magazin1
Zaur Baxşəliyev: "Siam əkizi deyilik, ər-arvadıq, ayrı da qalmalıyıq" - VİDEO
"Qoyun bir-birimizdən ayrı qalaq. Bəlkə o da mənsiz beynini dincəltmək istəyir? Hər bir insanın öz rahat dünyası var".
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə canlı yayımda deyib. Aparıcı həyat yoldaşı Günay Baxşəliyeva və övladları ilə istirahət getməməsi haqda sualları cavablandırıb.
Zaur həyat yoldaşı ilə hər zaman birlikdə olmağın doğru olmadığını bildirib:
"Siam əkizi deyilik, ər-arvadıq. Bir-birimizə yapışmalı deyilik. Nə qədər can-ciyər, bacı-qardaş, ana-bala olsan belə, bir-birindən aralı qalmalısan ki, beyin rahatlaşsın".
Zaur işləmədiyi üçün tətilə gedə bilmədiyini yazanlara isə zarafatla "İşləmirəm deyə məni aparmayıblar? Əslində elədir. İşləməyənə yemək yoxdur, həyatın qanunu budur. Hamı soruşur ki, niyə tətilə getməmisən" cavabını verib.
Zaur sonda Azərbaycanda fanat anlayışının olmadığını iddia edib:
"Azərbaycanda fanat yoxdur. Canlı yayımda deyəcəyəm ki, fanatlarım filan yerə gəlsin. Baxacağam, iki nəfər gəlib. O da gəlib ki, imkanı yoxdur, bir az kömək edim".(Axşam.az)
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










