Magazin1
Nəsibə Zeynalova oğlunu sınağa çəkibmiş - Cahangir Novruzov danışdı
Xalq artisti Cahangir Novruzov mərhum anası, Xalq artisti Nəsibə Zeynalova ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Publika.az xəbər verir ki, aktyor "Baku TV"yə açıqlamasında anası ilə yaşadığı mübahisədən danışıb.
C.Novruzov bildirib ki, teatra getmək qərarı verəndə anası onun üçün heç kimdən xahiş etməyəcəyini deyib:
"Teatra gedəndə heç kim mənim anamın Nəsibə Zeynalova olduğunu bilmirdi. Anamla güclü mübahisəm olmuşdu. Teatra getmək istəyəndə dedi ki, get hüquqa və ya başqa yerə. Mən də dedim ki, adam tutan olmaq istəmirəm, teatra gedəcəyəm. Dedi ki, mən sənin üçün xahiş etməyəcəyəm, get özün et. Mən də cavab verdim ki, səndən xahiş etdim ki, kiməsə nəsə deyəsən?"
Aktyor qeyd edib ki, bu söhbətdən sonra anası ilə münasibətləri bir müddət soyuq olub:
"Evdə mübahisəmiz oldu. Anam yüksək tonla danışdı. Bir ildən çox mənimlə soyuq davrandı. Hətta teatra qəbulu qazanandan sonra da..."
Cahangir Novruzovun sözlərinə görə, münasibətləri "Çimnaz xanım yuxudadır" tamaşasından sonra düzəlib. O bildirib ki, həmin tamaşada ona baş rol verilib və anası xəbərsiz şəkildə gəlib tamaşaya baxıb.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










