Magazin1
Fədayə Laçın həbsxana həyatından danışdı
Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, sənətçi "Astar" yutub layihəsində ailəsində yaşadığı çətinliklərdən danışıb. F.Laçın bildirib ki, atası anasına xəyanət etdikdən sonra valideynləri ayrılıb:
"Atam anama xəyanət edib. Anam əvvəl boşanmaq istəmirdi. Ailəsi adlı-sanlı insanlar idi, bunu qəbul etmirdilər. Amma sonda ayrıldılar. Atam yenidən ailə qurdu, övladları oldu. Anam da ailə qurdu. Ögey atam var idi, hərdən məni vururdu da. Mən də sevib ailə qurmadım. Elə ögey atam var idi deyə başımı götürüb qaçdım. İstəmədən də ayrıldım. Oğlumun bir yaşı var idi, hadisə baş verdi. Ağır cinayət törətdi, Rusiyaya qaçdı. Altı ay zəng etdi, sonra isə yoxa çıxdı. Mən də maraqlanmadım harada olduğuyla. Dünyaya gələndən qəbul edilməmişəm. Atam anamın bətnində olanda bizi tərk edib, məni qəbul etməyib. Sonra ögey atam, daha sonra isə həyat yoldaşım... Elə o vaxt səsimi kəşf etdim".
F.Laçın həbsxana həyatı ilə bağlı da danışaraq həmin dövrün ona həyat dərsi olduğunu deyib:
"Başıma gələn hər şeyi normal qəbul edirəm. Hər faciədə bir hikmət görmüşəm. Başıma gələn hər ziyanın bir xeyri oldu. O xeyir də insanları tanımaq idi. İşığıma hamı yığışır, amma qaranlığımdan qorxmayan insanlar lazım idi. Bəlkə də o hadisədə mən ölə bilərdim, amma qismət həbsxana oldu. Aqressiv insan deyiləm, özümdən çıxmıram. Həbsdə yanıma heç kimin gəlməsinə icazə yox idi, yalnız ailəm gəlirdi. Qadının başına belə hadisə gələndə adətən ona nifrət edirlər. Amma mən sevildim. Etməməli idim, amma etdim. Hadisəni çox şişirtdilər, bilmədən yazdılar". (Axşam.az)
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək














.jpg)


.jpg)







.jpg)










