Elza Seyidcahandan şok açıqlama: Özünə qoyun qığından geyim hazırladacaq
Bizi izləyin

Magazin1

Elza Seyidcahandan şok açıqlama: Özünə qoyun qığından geyim hazırladacaq

Elza Seyidcahandan şok açıqlama: Özünə qoyun qığından geyim hazırladacaq

Əməkdar artist Elza Seyidcahan illərdir gündəmdən düşməyən heyvanlara verdiyi konsertdən danışıb.

Publika.az xəbər verir ki, müğənni aktyor Fərda Xudaverdiyevin "O üz, bu üz" yutub layihəsində qonaq olub. E.Seyidcahan bildirib ki, həmin layihədə hər kəsin özü ilə bir heyvan gətirməsi şərti qoyulub:

"Ramal İsrafilov heyvanlara verdiyim konsertdə mənə bir banka qarışqa gətirmişdi. Orada şərt qoymuşdum ki, hamı bir heyvan gətirəcək. Hərə bir heyvanla gəldi. Hətta canavar da gətirmişdilər. Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu".

Müğənni yeni layihəsindən də söz açıb. O, qoyunlara həsr olunan layihə hazırlayacağını bildirib:

"Qoyunlara aid layihə edəcəyəm. Hətta orada qoyun qığından mənə geyim hazırlanacaq. Ona görə mənə mükafat da verilib. Gözləyirəm Siyəzəndə kəndimizə yol çəkilsin. Ondan sonra edəcəyəm".

E.Seyidcahan görünüşü ilə bağlı tənqidlərə də münasibət bildirib:

"Camaat nə deyər deyə doğulmuşam. Bəziləri demir ki, Allah mənə bu görünüşü verib. Gedib orasını-burasını kəsdirir, burnunu düzəltdirirlər. Burun əyri deyilsə, niyə gedib fındıqburun edirsən? Sifətinə yaraşmırsa, niyə edirsən? "Camaat nə deyər" fikirləşməyənlər mənə söz deyir. Allah nə deyir, onu da fikirləşmir. Mən Allah nə deyər deyə yaşayıram". (Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm