Magazin1
Xalq artistinin nəvəsi evlənir - VİDEO
Xalq artisti Flora Kərimova nəvəsi Faiqin ailə qurması münasibətilə onu təbrik edib.
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşdığı videoda səhhəti ilə əlaqədar toy mərasimində iştirak edə bilmədiyini bildirib. O, cütlüyə hədiyyə göndərdiyini də qeyd edib.
Flora Kərimova paylaşımında oğlu Oqtaya və nəvəsi Faiqə xitab edərək onlara xoş arzularını çatdırıb:
“Oğlum, qürurum, şərəfim Oqtay… Sevincini, arzunu, ürəyini bilirəm, oğul. Sevincinə sənin qədər sevinirəm. Dualarımla hər zaman yanındayam.
Nəvəm Faiq! Bu gün sən təkcə ömür yolunda yeni bir səhifə açmır, həm də adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan. Qoy sevginiz ömrünüzdən uzun, eviniz ürəyiniz qədər işıqlı, taleyiniz isə xeyir-dualar qədər saf olsun. Bir-birinizə hər zaman dayaq, sirdaş və əsl həyat yoldaşı olasınız. Öpürəm səni, Faiqim! Sizə sonsuz xoşbəxtlik, ailə səadəti və bərəkətli bir ömür arzulayıram. Sevgilərlə, Flora anan, nənə”.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































