Magazin1
Ceki Çan Bakıda
Dünyaca məşhur çinli aktyor və döyüş sənəti ustası Ceki Çan Bakıya gəlib.
Publika.az bildirir ki, əfsanəvi aktyorun Azərbaycanda olması ilə bağlı sosial şəbəkələrdə müxtəlif görüntülər yayılıb. Belə ki, azərbaycanlı məşhurlar Ceki Çanla birgə fotolarını paylaşıblar.
Aktyor Nicat Rəhimov Ceki Çanla çəkdirdiyi birgə fotonu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb: “Uşaqlığımın kumiri. Nə vaxtsa desəydilər ki, Ceki Çan ilə şəklim olacaq, özü də Bakıda – buna inanmazdım. Unutmayacağım anlardan oldu”.
Xatırladaq ki, əfsanəvi aktyor beynəlxalq “Tanrının Zirehi 4” (“Armor of God 4”) filminin çəkilişlərinə başlamaq üçün Bakıya gəlib.
Məlumata görə, filmin çəkilişləri Bakının ən məşhur və tarixi məkanlarında aparılacaq. Ekran əsərinin bəzi kadrları İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanında lentə alınacaq.
Qeyd edək ki, Ceki Çan filmdə yenidən macəraçı “Asiya Şahini” obrazını canlandıracaq. “Tanrının Zirehi 4” filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır. (Musavat.com)
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































