Magazin1
Rəqsanə həbsxana həyatından danışdı: "Hər gün yanıma..."
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Rəqsanə İsmayılova olub.
Publika.az xəbər verir ki, sənətçi verilişdə həbsdə keçirdiyi günlərdən danışıb.
"Həbsdə olduğum ikinci gün pəncərəmin önünə dörd sərçə gəldi. Mənim də dörd övladım var. O an çörəyi doğrayıb pəncərənin önünə qoydum. Yanımdakı qadınlar dedilər ki, bura sərçələr adətən dəstə ilə gəlir. Amma həmin dörd sərçə mən oradan çıxana qədər hər gün eyni saatda gəlməyə davam etdi. Hiss edirdim ki, balalarımı görə bilmədiyim üçün Allah onları mənə təsəlli kimi göndərib", - deyə Rəqsanə bildirib.
Müğənni səhnəyə ilk dəfə çıxdığı gündən sonra daxilən tamamilə dəyişdiyini də etiraf edib.
"Səhnəyə çıxdığım gün əvvəlki Rəqsanə öldü, yenisi doğuldu. Amma mən həmin qızı daha çox sevirdim. O, tamam başqa idi. İndiki Rəqsanə isə həyatın zərbələrindən bərkiyib, daşlaşıb", - deyə sənətçi qeyd edib.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































