Magazin1
Bloger Pərvinin həyat yoldaşının ölümünün pərdəarxası - O qadın iki balanı atasız qoydu...
Xəbər verildiyi kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova Eminin ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. N.İbrahimova bildirib ki, Eminin bir müddət əvvəl ağır yol qəzası keçirməsi onun səhhətinə ciddi təsir edib.
Onun sözlərinə görə, qəza zamanı Eminin avtomobili ciddi şəkildə əzilib və o, ağır xəsarətlər alıb:
"Yazmamışam ki, Emin stresdən tromboemboliya olub. Emin ağır yol qəzası keçirmişdi, bədəni çox bərk əzilmişdi, hər yeri gömgöy idi. Tromboemboliya qəzadan sonra yaranıb. Yəni söhbət sadəcə stresdən və qorxudan getmir, qəzanın özü və aldığı ağır xəsarətlərdən sonra yaranıb”.
O qeyd edib ki, qəza təxminən üç ay əvvəl baş verib. N.İbrahimovanın sözlərinə görə, avtomobil sürməyi öyrənən bir qadın təlimçisi ilə birlikdə əsas yola çıxıb və həmin vaxt qəfil Eminin qarşısına çıxaraq onun avtomobilinin aşmasına səbəb olub:
"Eminin maşını demək olar ki, konserva kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik – Eminin o maşından sağ çıxmasına. Amma sən demə, o qəza onun həyatını üç ay sonra əlindən alacaqmış. Maşın sürə bilmirsinizsə, xahiş edirəm, sürməyin. Camaatın həyatını təhlükəyə atmayın, bir ailənin ocağını söndürməyin”.
Qəza törədən qadına səslənən Nərmin "Bu qadının bizə yaşatdığı bu böyük acıya, iki balanı atasız, cavan bir qadını isə ərsiz qoyduğuna görə nə bu dünyada, nə də o biri dünyada haqqımızı halal etmirik" sözlərini əlavə edib.
N.İbrahimova bildirib ki, həkimlərin son diaqnozu tromboemboliya olub. Onun sözlərinə görə, Emin qəfil dünyasını dəyişib, ürəyi və ciyərləri dayanıb.
Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M. Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir. (Axşam.az)
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI









.jpg)




.jpg)






.jpg)








.jpg)








