Magazin1
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə ŞİKAYƏT ETDİ
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onun indiki gəlini Aysel barədə polisə şikayət edib.
Publika.az xəbər verir ki, Canana Ayselin sosial şəbəkələrdə saxta profillərlə ona və övladlarına qarşı təhqiramiz ifadələr yazdığını iddia edib. O bildirib ki, Aysel ona vatsapp vasitəsilə də eyni xoşagəlməz mesajları göndərib:
“Başımı aşağı salıb, uşaqlarımı böyüdürəm. Dəfələrlə Mətanət xanıma, keçmiş ərimə dedim ki, bunları yığışdırın. Övladımı təhqir edə bilər? Övladıma, anamın ünvanına söyüş söyən şəxsi qanun qarşısında cəzalandıracağam. Xəbərdarlıq etdim, amma yenə bildiyini etdi. Əlimdə sübutlar var. 27-ci polis bölməsinə bütün sübutları vermişəm. İşə baxılmadı, yenidən baxılması üçün müraciət etdim.
Uşaqlarım təhqir edilib, anamın qəbrinə, özümə qarşı təhqiramiz ifadələr işlədilib. Sosial şəbəkədə saxta adlarla qeydiyyatdan keçib, mənə nə gəldi yazıb. Onu "qara siyahı"ya atmışam. Eyni sözləri vatsapda da yazdığına görə, bilirəm ki, bunu edən odur. Mənə “yetimçələrini götür” deyib. Övladlarıma necə “yetim” deyə bilərsən? Onun anası da var, atası da, nənəsi də".
Canana bildirib ki, keçmiş həyat yoldaşı Kərimin hazırki xanımı əvvəl onun övladlarına yaxşı baxıb:
"Əvvəl münasibəti yaxşı idi, sonra övladlarıma qarşı tamam dəyişdi. Mətanət xanımın da bundan xəbəri var. Sonuncu dəfə onun konsertində olanda söz verdim ki, mənim üçün artıq yoxsunuz. Amma övladlarım üçün onlar var. Mən uşaqlarım o evdə qalsın deyə hər şeydən imtina etdim. 350 min puldan imtina etdim ki, uşaqlarım istəyən olsun. Aliment də almıram. Uşaqlar istəyəndə mənim, istəyəndə Mətanət xanımın yanına gedirlər".
Qeyd edək ki, Kərim bir neçə il əvvəl Cananadan boşanıb. Onların bu evlilikdən 3 övladı var. Kərim hazırda Aysel adlı xanımla ailəlidir və onların 2 övladı var.(Axşam.az)
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)







.jpg)








