Magazin1
Ölənə qədər oxuyacağam - Manaf Ağayev
“Bu il xaricə istirahətə getmədim. Rayonlarımızda dincəldim. Bəzi səbəblər oldu ki, xaricə çıxmadım. Qubada, İsmayıllıda və Qəbələdə oldum”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev Axşam.az-a açıqlamasında deyib. O verilişlərdəki dəyişikliklərdən danışıb:
“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu. 40 illik stajım var, mənə qadağa qoyulmaz. Qoysalar da, ehtiyac yoxdur. "Instagram"ım elə bir efirdir. Düz etdilər, efir davasız keçmirdi. Elə bil verilişə oxumağa yox, davaya gedirdik. Qalmaqal olar, amma hər dəfə yox. Kimə lazımdır sən ərə getdin, getmədin? Şou bir dəfə olar. Ağını çıxartdılar. Yadda qalmaq üçün hər gün dava edirdilər.
Bundan sonra verilişə çıxdığım adamlara fikir verəcəyəm. Buna qədər etmirdim. Bilirdilər ki, çılğınam, qalmaqala çəkirdilər. İndi mənim yaşıma, başıma qalmaqal yaraşmır”.
M.Ağayev bir müddət əvvəl verdiyi "65 yaşımdan sonra toylara getməyəcəyəm" açıqlamasına da aydınlıq gətirib:
"Oxuyacağam, ölənə qədər oxuyacağam. Amma müəyyən, seçmə məclislərdə. Yaşın bir vaxtı var. Yorulsam, getmərəm. Ehtiyac ucbatından hər toya gedirsən. İndi seçmə toylara gedəcəyəm".
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)







.jpg)








