Kamil Zeynallı: "Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"
Bizi izləyin

Magazin1

Kamil Zeynallı: "Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"

Kamil Zeynallı: "Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı keçmişi ilə bağlı etirafı ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, idmançı vaxtilə törətdiyi əməldən peşman olduğunu və həbsdə olduğu dövrün həyatında dönüş nöqtəsinə çevrildiyini bildirib.

Kamil Zeynallı bıçaqlanma hadisəsi ilə bağlı həbs olunduğunu xatırladıb:

"Başıma çox işlər gəlib. O vaxt həbs olunmuşdum, o əməlimdən də peşmanam. Bıçaqlanma hadisəsi olmuşdu, tutulmuşdum. Bu gün də yadıma düşəndə çox peşman oluram".

İdmançı hadisənin necə baş verdiyini də danışıb. Onun sözlərinə görə, qonşusunun nişanlısı ilə bağlı yaranan mübahisəni həll etmək üçün iki nəfərlə birlikdə qarşı tərəflə danışmağa gediblər. Lakin vəziyyətin gərginləşdiyini və onların üzərinə çox sayda şəxsin gəldiyini bildirib.

Kamil Zeynallı həmin vaxt döyüldüyünü və hadisə zamanı özündə olmadığını deyib:

"Məni vurmuşdular, mən də anlaqsız vəziyyətdə idim. Elədiyim hərəkəti də bilməmişdim. Axşam təslim oldum, həbs olundum, bir il sonra çıxdım".

O, sonradan şərti cəza ilə azadlığa çıxdığını və məhz bundan sonra həyatında ciddi dəyişiklik etdiyini vurğulayıb.

Kamil Zeynallı həbsdə olduğu müddətdə çox şey barədə düşündüyünü və həmin dövrü həyatını yenidən qurmaq üçün fürsət kimi dəyərləndirdiyini bildirib:

"Həbsdəki müddətdə çox şeyi götür-qoy etdim. Dedim ki, yaxşı ki, həbs olunmuşam, beynimi toparlamağa başladım. Oradan çıxandan sonra işlədim. Ora düşməmək üçün çox çalışmalıyam deyə qarşıma məqsəd qoydum".

Fitnes məşqçisinin keçmişi ilə bağlı bu səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun həyatındakı dönüş və keçmişindən nəticə çıxarması barədə müxtəlif fikirlər səsləndiriblər. (Milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm