Magazin1
"Hacı Şahinin o çıxışından sonra bizə təzyiqlər səngidi" - VİDEO
Aktyor Azər Aydəmirov müsahibəsi zamanı "Sonuncu şam yeməyi" filmində canlandırdığı obraz və ekran işi ətrafında yaranan müzakirələrdən danışıb.
Publika.az xəbər verir ki, sənətçi bildirib ki, filmdəki bəzi zarafatlar və komedik yanaşma müəyyən dini təbəqələrin narazılığına səbəb olub. Onun sözlərinə görə, layihənin rəhbəri Əlixan olsa da, proses zamanı özü də onun yanında olmalı və yaranan təzyiqlərlə birlikdə mübarizə aparmalı olub.
Aydəmirov qeyd edib ki, filmin nümayişindən sonra onların yumorunu və komediya üslubunu qəbul etmək istəməyən insanlar da olub:
"Filmlə bağlı müəyyən təzyiqlər var idi. Zarafatlarımızı, komediyamızı anlamaq istəməyən bir təbəqə mövcud idi. Bu səbəbdən müəyyən problemlər yaşandı".
Aktyor mərhum ilahiyyatçı Hacı Şahinin film ətrafında yaranan müzakirələrə münasibətini də xüsusi qeyd edib. O, Hacı Şahinin mövzu barədə çıxışından sonra müzakirələrin səngidiyini bildirib:
"Allah Hacı Şahinə qəni-qəni rəhmət eləsin. Onun bu mövzu ilə bağlı verdiyi cavab çox məntiqli idi. Hacı Şahinin çıxışından sonra müzakirələr də səngidi".
Aydəmirov düşünür ki, illər keçməsinə baxmayaraq, "Sonuncu şam yeməyi" və digər filmlər hələ də tamaşaçılar üçün aktuallığını qoruyur. Aktyor bildirib ki, bəzi insanlar onunla söhbət zamanı film haqqında elə danışırlar ki, sanki ekran işinə yenicə baxıblar.
Sənətçinin sözlərinə görə, filmin hazırda da müzakirə olunması və müsahibədə səsləndirdiyi fikirlərdən sonra ekran işinə marağın artması mümkündür. O hesab edir ki, filmi izləməyən bəzi tamaşaçılar belə bu söhbətdən sonra "Sonuncu şam yeməyi"nə baxmaq qərarına gələ bilərlər.
Azər Aydəmirovun "Sonuncu şam yeməyi" filmi, ekran işi ətrafında yaşanan qalmaqal və Hacı Şahinin münasibəti ilə bağlı səsləndirdiyi fikirlər ətraflı videoda: (Milli.az)
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH











.jpg)

.png)

.jpg)



.jpg)
















