Magazin1
Rəqsanənin qızı: Gecələr tək qalanda istəyirsən ki, kimsə gəlib... - FOTO
Müğənni Rəqsanə İsmayılovanın qızı Yağmur sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, gənc ifaçının yazdığı sözlər izləyicilər arasında müzakirələrə səbəb olub. Yağmur paylaşımında həyatla bağlı düşüncələrini bölüşərək erkən yaşda üzləşdiyi çətinliklərdən və tənhalıq hissindən danışıb.
O, insanın həyatın müəyyən mərhələlərində özünü tək hiss etdiyini vurğulayıb:
"Həqiqət odur ki, bu həyatda özündən başqa heç kimin yoxdur. Fikirləşirəm ki, niyə məni bu qədər tez böyüməyə məcbur etdilər? Başqaları uşaqlığını yaşayanda mən həyatın ən ağır tərəflərini gördüm".
Yağmur gecələr insanın tək qalanda yaşadığı yorğunluğu daha çox hiss etdiyini bildirib. O, bəzən insanın sadəcə yanında birinin olmasını və hər şeyin yaxşı olacağını eşitmək istədiyini qeyd edib:
"Gecələr insan tək qalanda nə qədər yorulduğunu hiss edir. İstəyirsən ki, kimsə gəlib desin: 'Hər şey yaxşı olacaq. Hər şeyi tək daşımalı olmayacaqsan'".
Yağmurun səmimi etirafları izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə müxtəlif fikirlərin yaranmasına səbəb olub.(Milli.az)
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO








.jpg)

.jpg)




















.jpg)



