Magazin1
“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
"O vaxt qadınlar müğənni olmağa utanırdılar. İndiki efirlər onlara yol açıb, ağuşuna aldı. Ona görə də hamı da müğənni olmaq istəyir. O vaxt sənətkar az idi, barmaqla göstərirdilər. İndi xanım sənətçilər hamısı bir-birinə oxşayır. Burun, dodaq eynidir. Bilmirsən bu hansıdır, o hansıdır? Sənətkarın özünəməxsusluğu olmalıdır da. Bunlar simalarını dəyişiblər".
Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev deyib.
O, daha sonra əlavə edib:
"O vaxtı da ara oxuyanları olub. Onlar utanıblar ki, xanəndələrin yanında efirə çıxsınlar. Sonrakı dövrlərdə də bayağılıq olub. Yadımdadır ki, Filarmoniya bağında musiqiçilər yığışardılar, həvəskar, özfəaliyyət oxuyanları bir tərəfdə oturardılar. Peşəkar musiqiçilərə, müğənnilərə qarışmazdılar. Utanardılar bu tərəfə gəlməyə. Hörmət, izzət var idi. Radioda xüsusi senzura var idi. Elə bayağı müğənnilər var idi ki, təhsilləri də yox idi. Əsas təhsil götürülürdü.. Düzdür, əvvəlki xanəndələrin təhsilləri olmayıb, amma sənətləri çox üstün olub. Bədii şura var idi. Biz onları heç sənətkar saymırdıq. Sonradan artıq xalqın sevimlisinə çevrildilər".
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?











.jpg)




.jpg)



.jpg)


















