Magazin1
Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb.
Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən İlyasova (Qurbanova) Ülviyyə Hüseynağa qızı ixtisasca həkim deyil. Onun yalnız ibtidai müəllimlik üzrə ali təhsili var. Göstərdiyi fəaliyyətlə bağlı isə yalnız Türkiyədə kurs keçib.
İttihama görə, Ülviyyə İlyasova "Turana Estetik" klinikasında özünü həkim kimi təqdim edərək aktrisa Mila Əlibəyovaya "liposaksiya - piy sovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı edəcəyini vəd edib. O, zərərçəkmiş şəxsdən 1500 manat məbləğində pul vəsaiti alaraq həmin yerdə əməliyyat keçirib.
Birinci əməliyyat uğursuz olduğundan Ülviyyə İlyasova aktrisanı "Azal Estetika" adlı yerdə yenidən əməliyyat edib. Nəticədə zərərçəkmiş qadının sağlamlığının bərpası üçün uzunmüddətli və külli miqdarda maliyyə resursları tələb edən müayinə və müalicə prosedurlarına müraciət etmək məcburiyyətində qalmasına, gündəlik həyat tərzinin və əmək fəaliyyətinin dəyişməsinə səbəb olan ağır nəticələrə gətirib çıxaran mühüm zərər vurduğu və səhlənkarlıq etdiyi bildirilir.
Mila Əlibəyova ifadəsində "Əqrəb mövsümü", "Körpü", "Atabəylər" və digər bir sıra filmlərdə aktrisa kimi rol aldığını deyib. Onun sözlərinə görə, başqa bir filmdə rol alması üçün rejissor tərəfindən təcili olaraq 5-6 kiloqram arıqlaması tələb olunub.
Elə bu ərəfədə sosial şəbəkədə Ülviyyə İlyasovanın instaqram səhifəsi qarşısına çıxıb. Aktrisa onun sosial şəbəkədə paylaşdığı şəkillərə inanaraq qarşı tərəfə müraciət edib və nəticədə səhhətinə ağır zərər dəyib.
Aktrisa təqsirləndirilən qadının bir qız övladının olmasını nəzərə alaraq ondan heç bir şikayət və tələbinin olmadığını da bildirib.
Məhkəmənin hökmü ilə Ülviyyə İlyasovanın cəzası 3 il 3 aydan 3 il 6 aya qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək onun ölümünə səbəb olub. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar











.jpg)











.jpg)















