Magazin1
Nazirlik Azərə 200 min manat ödəyəcək
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmirə məxsus “Aydəmir Entertainment” şirkəti ilə yeni müqavilə bağlayıb.
Publika.az İqtisadiyyat.az-a istinadən yazır ki, müqavilədə “Çar Skiflər - İşquz Dövləti” tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 200 600 manat müəyyənləşib.
Xatırladaq ki, ARKA bu ilin əvvəlində də “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı “Aydəmir Entertainment” şirkəti ilə 657 000 manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar











.jpg)











.jpg)















