Magazin1
Renka: “İki uşaq anasıyam, kimdir məni alan?“
Rəqqasə Rəna Ağamuradova (Renka) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Publika.az xəbər verir ki, sənətçi “Göz-gözə” yutub layihəsində ailə qurmaq istəməməsi ilə bağlı sualları cavablandırıb. Renka azadlığı sevdiyini və həyatını bu şəkildə davam etdirmək istədiyini bildirib.
“Ailə həyatı qurmaq istəmirəm. İki uşaq anasıyam, kimdir məni alan? Qızlar qalıb, onları alan yoxdur, məni alacaqlar? Mən Dolça bürcüyəm, ona görə də ayrıldım. Gəzmək, azadlıq, dünyanı görmək istəyirəm. Ailə mənlik deyil. Bu gün-sabah oğlumu evləndirəcəyəm”, - deyə rəqqasə bildirib.
Renka övladlarından da danışıb. O, qızının fotoqrafiya ilə məşğul olduğunu, uşaqlarının bahalı əşyalara və brend məhsullara maraq göstərmədiyini söyləyib:
“Qızımı fotoqraflığa qoymuşam. Uşaqlarım çox pul xərcləyən deyil, brend istəmir. Oğlum hətta mən pul xərcləyəndə əsəbiləşir. Qızıma deyir, annaya az xərclət. Qızım heç rəqsi sevmir”.
Rəqqasə uşaqlarının atası ilə də görüşdüyünü qeyd edib:
“Uşaqlarımın atası da onlarla görüşür. Hətta bu yaxınlarda səyahətə gedəndə uşaqlarla qaldı”.
Renka qızının gecə-gündüz harada olduğunu nəzarətdə saxladığını da etiraf edib:
“Uşaqlarımla bağlı sualları cavablandırmıram. Amma oriental pis rəqsdir? Qızım rəqqasə olsa, nə olar ki? Qızım hara gedirsə, onu izləyirəm. Restoran sahibləri tanışımdır. Qızım dostları ilə gedəndə zəng vururam ki, onun görüntüsünü atın. Baxıram kimlə oturub, sonra rahatlayıram. Hətta haradasa oturanda tanımadığım insanlar onun görüntüsünü çəkib atır”. (Axşam.az)
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar











.jpg)








.jpg)

.jpg)















