Magazin1
"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" - VİDEO
Müğənni Mətanət Əsədova efirdə səsləndirdiyi açıqlama ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sənətçi həmin geyiminin əməkdar artist Vasif Məhərrəmli tərəfindən alındığını bildirib. O, həmçinin həmkarından hədiyyə gözləmədiyini, lakin Vasif Məhərrəmlinin jest etməyi sevən və diqqətli insan olduğunu vurğulayıb.
"O geyimimi Vasif Məhərrəmli alıb. Əvvəla, mən Vasifdən hədiyyə gözləmirəm. Amma Vasif öz adına, şəxsiyyətinə uyğun addım atan insandır. Doğum günü hədiyyəmi açıqlamıram. Hələ ki, mənə dedi ki, 'Nə istəyirsən?' Geyimin rəngini dedim, onu mənə hazırlatdırıb gətizdirdi", - deyə Əsədova söyləyib.
Müğənninin sözlərinin davamında işlətdiyi "Belə digər nə edib, utanıram burada açıqlamağa" ifadəsi isə xüsusilə diqqət çəkib.
Mətanət Əsədovanın bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin sözlərinin nəyə işarə etdiyi ilə bağlı müxtəlif fikirlər bildiriblər.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı











.jpg)





.png)

.jpg)


.jpg)
















