Magazin1
“Səni axtarıram” iştirakçısından Xoşqədəmə şok sözlər - “3 övladımı...”
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində iştirakı ilə tanınan Gülxanım sosial şəbəkədə canlı yayım açaraq aparıcıya qarşı sərt ittihamlar səsləndirib.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Gülxanım bildirib ki, verilişə boşanmaq məqsədilə müraciət edib, lakin prosesin sonunda üç övladının əlindən alınaraq atalarına verildiyini iddia edib:
“Mən verilişə boşanmaq üçün getmişdim. Mənim 3 övladımı əlimdən alıb atasına verdilər. İndi Xoşqədəm öz istirahətində, öz həyatındadır, mən isə pis vəziyyətdə qalmışam”.
O, başına gələnlərə görə Xoşqədəm Hidayətqızını məsul tutduğunu və həyatının çətin vəziyyətə düşdüyünü iddia edib.
Qeyd edək ki, Gülxanımın səsləndirdiyi fikirlər onun şəxsi iddialarıdır. Qarşı tərəfin məsələyə münasibəti məlum deyil. Görüntülər sosial mediada yayılıb.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ











.jpg)
.jpg)





.jpg)




.jpg)















