Magazin1
Emindən ŞOK ETİRAF - “100 dollar götürdüm, vicdan əzabı çəkirdim” / VİDEO
Xalq Artisti Emin Ağalarov uşaqlıq illəri ilə bağlı utanc hissi ilə xatırladığı bir hadisədən bəhs edib.
Publika.az xəbər verir ki, sənətçi bununla bağlı şəxsi "Istagram" hesabında video paylaşıb.
İfaçı bildirib ki, təxminən 15 yaşında olarkən dostları ilə harasa getmək istəyiblər. Dostunun təhriki və “ağlın olsun, orda pul çoxdur, hiss etməyəcək” sözlərindən sonra o, atasının komodun üzərinə qoyduğu pul kisəsindən xəbərsiz 100 dollar götürüb.
Ağalarov qeyd edib ki, bu addımı atsa da, vicdan əzabı və utanc hissi onu rahat buraxmayıb. Bəlkə də heç kimin xəbəri olmayacaqdı və məbləğ də böyük deyildi, lakin bu hisslərə dözməyərək atasının yanına gedib və hər şeyi boynuna alaraq pulu icazəsiz götürdüyünü - faktiki olaraq oğurladığını etiraf edib. Atası isə onun bu etirafına "Niyə belə az götürdün?" deyə cavab verib və pulu nəyə xərcləyəcəyini soruşub. Emin dostları ilə vaxt keçirmək, yeyib-içmək üçün götürdüyünü dedikdə atası bunu anlayışla qarşılayıb.
İfaçının sözlərinə görə, bu, onun həyatında ilk və son belə bir epizod olub. Lakin bu hadisə onda böyük bir təcrübə formalaşdırıb. Emin Ağalarov vurğulayıb ki, indi öz övladları ilə söhbət edərkən onlara hər zaman nəyəsə ehtiyacları olduqda açıq şəkildə istəmələrini, arxasında gizlin iş görməmələrini aşılayır. Çünki uşaqlıqda ona bu mövzunu izah edən və istiqamət verən bir mənbə olmayıb.
Hüseyn İbadlı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?











.jpg)












.jpg)















