Magazin1
“Heç bir süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilməz” - Rəşad Məcid
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Rəşad Məcid müğənninin “Hara gedirsən, hər yerdə robot (süni intellekt) oxuyur, bezdim vallah…” fikirlərinə diqqət çəkib.
O, Sevda Ələkbərzadənin qeyri-adi səsini, özünəməxsus tembrini və ifa tərzini yüksək qiymətləndirərək bildirib ki, sənətçinin səsini və ifa ruhunu süni intellekt əvəz edə bilməz.
“Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir”, – deyə Rəşad Məcid qeyd edib.
Yazıçı süni intellekt vasitəsilə yaradılan bəzi musiqi nümunələrinin zövqlərin primitivləşməsinə və bayağılığın yayılmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
“ Mən əminəm ki, heç bir süni intellekt onun əfsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür”, – deyə Rəşad Məcid vurğulayıb.
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.jpg)

.jpg)




.webp)








.jpg)












