Magazin1
Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı
Komaya düşən Əməkdar artist Sevda Saleh Məmmədzadənin son vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə diktorun qızı Gültən Ramazanova Musavat.com-a açıqlama verib. O bildirib ki, anasının vəziyyəti ağırdır.
Onun sözlərinə görə, Sevda Saleh Məmmədzadə iki gün əvvəl süni tənəffüs aparatına qoşulub:
“Mən səhər saat 1-ə qədər onun yanında idim. Sonra evə gəldim ki, yemək bişirib aparım. Saat 5 radələrində zəng etməyə başladım, lakin telefonuna zəng çatmadı. Sonra ev telefonuna xeyli zəng etdim, cavab verən olmadı. Nigaran qalıb evə gəldim. Məndə də açar var idi, amma o, açarı daxildən qapının üzərində saxladığı üçün çöldən qapını aça bilmədim.
Məcbur qalıb Fövqəladə Hallar Nazirliyini, polisi və təcili tibbi yardımı çağırdıq. Onlar da öz növbəsində prokurorluğu məlumatlandırdılar. Axşam saat 11 radələrində qapını açdıqda, anamı eyvanla mətbəx arasındakı qapıların arasında, yerdə sıxılmış vəziyyətdə tapdıq.
Məlum oldu ki, beyin işemiyasının (insultun) ən ağır formasını keçirib. Təcili tibbi yardım onu Babək prospektində yerləşən Nizami Tibb Mərkəzinə apardı. Ora çatan kimi MRT və rentgen müayinələrindən keçirdik, çünki qolunda göyərti var idi və sol ayağını tərpədə bilmirdi. Müayinə zamanı məlum oldu ki, həmin ərəfədə beyninə qan sızıb. Onu dərhal reanimasiya şöbəsinə yerləşdirdilər.
Ayın 3-ü və ya 4-ü mənə icazə verdilər, reanimasiyaya qalxıb anamı gördüm. Özündə deyildi, gözləri bağlı idi, səsimi eşidib ağlayırdı, amma tam şüurlu vəziyyətdə deyildi.
Mən hər gün xəstəxanaya gedib-gəlir, həkimlərlə əlaqə saxlayır və lazımi ehtiyaclarını qarşılayıram. Srağagün gecə vəziyyəti daha da ağırlaşıb və ikinci aparata qoşulub. Həkimlərin növbəti konsiliumu olacaq və müalicə ilə bağlı qərar verəcəklər. Hazırda vəziyyəti çox ağırdır”.
Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
-
Magazin119:51Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı
-
Hadisə17:17Mingəçevirdəki dəhşətli yanğın belə söndürüldü - VİDEO
-
Sosial16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO
-
Hadisə15:46Sosial şəbəkələrdə pornoqrafik xarakterli video yayanlar saxlanıldı
-
Avropa14:58Limanda əməliyyat - 350 kq kokain aşkarlandı(FOTO)
-
Magazin214:14Qocalmaq bilməyən Monika Belluççi yeni reklamda - FOTO
-
İdman14:03Bakıda yeni futbol klubu yaradıldı
-
İdman13:23Mourinyodan Arda şərhi: "Meydana daxil olanda fərq yaratdı!"












.webp)
























