Magazin1
Onlar 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir
Aktyor Elcan Rəsulov bu televiziya mövsümündə olacaq dəyişikliklərdən danışıb.
Publika.az xəbər verir ki, aktyor “Künc-bucaq” yutub layihəsində kanalların tam fərqli layihələr təqdim edəcəyini bildirib. o qeyd edək ki, bu dəfə son 10 ilin ən fərqli mövsümü olacaq:
“2026-2027 televiziya mövsümü son 10 ildəkindən fərqli olacaq. Yeniliklər var. Layihələr başqa dizaynda hazırlanır. Bu da televiziya tamaşaçısını geri gətirəcək. Hiss olundu ki, tamaşaçı televiziyadan gedir. Əldə olan tamaşaçını itirməmək üçün bu edilməli idi. Məzmun baxımından fərqlilik olacaq. Tamaşaçı rəylərdə nə yazırdısa, onlar olacaq. Görək, yazılanlar doğrudur, ya yox. Bu mövsüm son 10 ilin ən fərqli mövsümü olacaq. Tamaşaçı rəyi nəzərə alındı, böyük dəyişikliklərə gedildi”.
Aktyor film sektorundakı vəziyyətə də toxunub. O, hazırda filmə çəkilmək istəmədiyini və rejissorlardan bu barədə təklif gözləmədiyini deyib:
“İndiki şəraitdə film təqdim etmək lazım deyil. Müəyyən illərdə filmə fasilə verdim. Rejissorlar da mənə təklif etməsinlər. Kommersiya filmlərində çəkilirik. Bu sahəyə çoxlu insan gəldi, gördülər ki, burada pul var. Pul da tamaşaçıdan gəlir. Tamaşaçı da gəldi gördü yaxşı iş yoxdur, gəlmədi. İşi bilən də, bilməyən də bu sahəyə gəldi. Tamaşaçı da filmlərdən bezdi. Deməsinlər, ölkə balacadır, adam sayı azdır, film xərcini çıxara bilmir. Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir. Çünki məhsulun yaxşı deyil. Filmə çəkilmək özünü məhv etmək deməkdir”. (Axşam.az )
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq









.jpg)

_(1).jpg)



.jpg)




















