Magazin1
Çoxu şagirdlərin bu hərəkətindən xəbərsizdir...
Müğənni Nura Suri son günlər bəzi şagird və tələbələrin sosial şəbəkələrdəki davranışlarına diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə Nura Suri sosial şəbəkə hesabında paylaşım edib.
Sənətçi son 3-4 gündə bəzi şagird və tələbələrin düşüncə tərzinə, davranışlarına və etdiklərinə sosial şəbəkələr vasitəsilə açıq-aşkar şahid olduqlarını bildirib. O, yayılan görüntülərin yalnız kameraya düşənlər olduğunu, görünməyən halların sayının isə bəlli olmadığını qeyd edib.
Nura Suri kitab oxumağın azalması və diqqətin uzun müddət bir mövzu üzərində cəmlənməsinin çətinləşməsi ilə bağlı fikirlərini də bölüşüb.
“Kitab oxumayan, fikrini uzun müddət bir mövzu üzərində cəmləyə bilməyən bir nəsil yetişir. Sosial şəbəkələrdə 5–7 saniyəlik videoları dayanmadan sürüşdürmək insanı qısamüddətli dopaminə alışdırır; nəticədə nəyisə sona qədər oxumaq, anlamaq və təhlil etmək getdikcə çətinləşir. Hətta bir çoxunda ADHD-ni xatırladan diqqət dağınıqlığı və impulsiv davranışlar görünür”, - deyə müğənni yazıb.
O əlavə edib ki, uşaqların bir qisminin formalaşmasında valideynlərdən daha çox sosial şəbəkələrin alqoritmləri və oyunlar rol oynayır.
“Ən qorxulusu isə budur ki, valideynlərin çoxu baş verənlərin fərqinə belə varmır”, - Nura Suri vurğulayıb.
Müğənni TikTok-la bağlı da sərt fikirlər səsləndirib: “TikTok insanların daxilindəki bütün çirkinlikləri rentgen kimi göstərən platformadır. Kim necədirsə, burada elə də görünür”.("Yeni Sabah")
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı









.jpg)

_(1).jpg)
.jpg)













.jpg)







