Magazin1
Əməkdar artist 50 yaşını “Ölülər” tamaşasında qeyd etdi - VİDEO
Əməkdar artist Anar Heybətov 50 illik yubileyini qeyd edib.
Publika.az xəbər verir ki, bu barədə sənətçi öz sosial media hesabında paylaşım edib.
Aktyor əlamətdar günündə səhnəyə çıxaraq, Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan tamaşada oynayıb.
A.Heybətov yubileyi münasibətilə onu təbrik edən hər kəsə təşəkkürünü bildirib və bunları yazıb:
“50 yaş yubileyimi səhnədə, sənətimdə xüsusi yeri olan Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası ilə qeyd etmək mənim üçün unudulmaz bir xoşbəxtlik oldu. Bu əlamətdar gündə yanımda olan, məni təbrik edən, xoş sözləri, səmimi arzuları və gözəl duyğuları ilə sevincimi bölüşən hər birinizə ürəkdən təşəkkür edirəm.
Göndərdiyiniz hər bir təbrik, yazdığınız hər bir söz mənim üçün çox dəyərlidir. Sizin sevginiz və diqqətiniz bu yubileyi mənim üçün daha da mənalı və yaddaqalan etdi. Var olun, yaxşı ki varsınız!”.
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli








.jpg)






.png)


















