Magazin1
“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri, 77 yaşlı Murad Rzayev mediaya açıqlamasında keçmiş tələbəsi, müğənni Tacir Şahmalıoğlu barədə sərt fikirlər səsləndirib.
O, Taciri "Bayatı-Şiraz" muğamını öz adına çıxarmaqda ittiham edib, həmçinin oğlu vəfat edərkən yas mərasiminə gəlmədiyini deyərək ona qarğış edib.
Publika.az bakupost.az-a istinadən xəbər verir ki, Tacir Şahmalıoğlu "Şadlıq olsun" verilişinə canlı bağlantı ilə qoşularaq Murad Rzayevin ittihamlarına münasibət bildirib.
"Sizcə, o yaşda insanın oğlu yaşında bir adama belə bəddua etməsi normaldırmı? Üstəlik, mən bu gün xəstəyəm. Bu, onun düşüncəsizliyindən irəli gəlir. Qurban olum Allaha, mən kiminsə alqışı ilə yaranmamışam, kiminsə qarğışı ilə də mənə nəsə olsun. Bunların hamısı boş-boş şeylərdir. Bu neçə gündə xəstəxanada olanda bəlkə də mənə bir milyon şərh yazılıb. Bütün Azərbaycan ayağa qalxdı, hamı mənə dua etdi. Bir milyonun içindən bir Murad çıxdı, o da bəddua etdi. Mən buna nə deyim? Allah ona şəfa versin.
Onun oğlunu çox istəyirdim. Rusiyada olduğum üçün yasına gələ bilmədim".
Tacir Şahmalıoğlu "Bayatı-Şiraz" muğamı ilə bağlı iddialara da cavab verib:
""Bayatı-Şiraz"a gəldikdə isə, bu Tacir Şahmalıoğlu ideyasıdır, beynidir. Mənim hesabıma Murad milyonlarla pul yedi. Əslində, o gəlib mənə "çox sağ ol" desin. Bu gün dövlətimiz də "Bayatı-Şiraz"ın bütün sertifikatlarını mənə təqdim edib. O, mənimdir, ona heç kim yiyələnə bilməz. Murad istədi öz adına çıxarsın, amma alınmadı".
Xatırladaq ki, Tacir Şahmalıoğlu 10 gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, öd kisəsindən əməliyyat olunub.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)

_(1).jpg)



.jpg)





















