Magazin1
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
"Bəzən elə bir an yadına düşür ki, gülümsəyirsən, amma için ağlayır. İnsan hər düşdüyü andan güc alır. Müəyyən illər keçir və elə bilirlər ki, daşlaşmısan. Xeyr, divar hörürsən ki, məni belə tanısanız, yaxşıdır. Artıq zamanı, dövrü yox, insanları qınayıram. Dərdini danışırsan və ehtiyatlı olmalısan. Kimin yanında hansı yaranı göstərdiyini bilməlisən ki, səni sonra qınamasın. Böyük danışmayım. Yalandan özümü mələk kimi göstərə bilmərəm. Bəlkə də qınadığım hansısa insanın yerində olsam, eynisini edərəm".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Sevilən səhər" proqramında deyib. Sənətçi həyatından, son günlər ağlayan yerdə yayımladığı videolardan danışıb.
Ayan estetik əməliyyatlarını da sadalayıb. O, bildirib ki, 3 dəfə plastik əməliyyat etdirib:
"Üzümdə botoks belə yoxdur. Həyatımda bir dəfə botoks etdirmişəm, o da alınmadı. Beş il əvvəl olub. Gözüm aşağı düşməyə başladı. Məndə cavanlıq toxumları aktivdir. Ona görə iynə vurdular, botoks əridi.
Dörd il əvvəl göz dartdırma əməliyyatı etdirmişəm. Bir ildən sonra yenidən düşdü. Estetik həkim dedi ki, alınmayacaq. Saçımı yığanda çox dartırlar. Burun estetikasında da olmuşam.
Dodaq və çənə dolğusu etdirmişəm, bunu dana bilmərəm. Bədən nahiyəmdə plastik əməliyyat da etdirmişəm. Bel nahiyəm yox idi, etdirdim. Qabırğamı sındırmaq istəyirəm. Amma həkim razılaşmır. Hazırda 47-49 kiloqramam. Üç dəfə estetik əməliyyata girmişəm, bunu danmıram". (Axşam.az)
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)

.jpg)



.jpg)


























