Magazin1
Əməkdar artistdən etiraf: Heç bir işimi bəyənmirəm
“Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov “İncə səhər” proqramında deyib. Aktyor təqaüdə çıxmaq üçün səbirsizləndiyini, mənəvi cəhətdən dincəlmək istədiyini bildirib:
“Təqaüdə çıxmağı gözləyirəm. Dincəlmək istəyirəm, yorulmuşam. Bir il qalıb, dözməliyəm. Gedim dincəlim, balıq tutum, dağlara, çay kənarına gedim. Azad olmaq istəyirəm. Heç kimin yanında borcum, gözükölgəliyim yoxdur. Öhdəliklərimi bitirib daha azad, sərbəst olmaq istəyirəm. Şahin quşu olub uçmaq istəyirəm.
Əvvəl elə bilirdim ki, yaşlı adamların vaxtı gec keçir. Oturub domino oynayırlar, televizora baxırlar. Amma yaş artdıqca görürəm ki, vaxt tez keçir. Həyat mübarizədir, sona qədər davam etdirməliyik. Yorulmuşam... Fiziki yox, mənəvi cəhətdən dincəlmək, rahat olmaq istəyirəm”.(Axşam.az)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)























.jpg)


